12 C
Baku
Wednesday, December 11, 2024

“JPMorgan” bazardakı manipulyasiyalarına görə 1 mlrd. dollar cərimə ödəyəcək

Amerikanın “JPMorgan Chase” bankı qiymətli metallar və kağızlar bazarında həyata keçirdiyi manipulyasiyalara görə 1 milyard dollar cərimə ödəyəcək. Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNBC məlumat verib.

Qeyd edildiyi kimi, rəsmi qərar bu həftə açıqlana bilər. “JPMorgan Chase”ə qarşı iddialar ABŞ-ın Ədliyyə Nazirliyi, Qiymətli Kağızlar Komissiyası və Ticarət Fyuçersləri üzrə Komissiyası tərəfindən irəli sürülüb. Onlar bank işçilərini bu və ya digər bazarın “su altında qalmasını” nəzərdə tutan saxta sxemlərdə iştirak etməkdə günahlandırırlar. Xatırladaq ki, bu təcrübə ABŞ-da hələ 2008-ci ildə qadağan edilib.

Nəşrə görə, söhbət Nyu-York, London və Sinqapurda qiymətli metallarda və birjalarda qiymətləri manipulyasiya edən bir qrup brokerdən gedir.

Xatırladaq ki, 2016-cı ilin noyabrında “JPMorgan Chase” ABŞ-ın ölkə xaricində korrupsiya qanununu pozduğuna görə 264 milyon dollar cərimələnmişdir.

Son xəbərlər
Digər xəbərlər