6 C
Baku
Sunday, December 15, 2024

“JPMorgan” Maskın tvitinə görə “Tesla”dan təxminən $170 mln. təzminat alacaq

ABŞ-ın investisiya bankı “JPMorgan Chase” “Tesla”nı səhm müqaviləsini pozduğuna görə məhkəməyə verir. Bank iddia edir ki, şirkət 2014-cü ildə birjada səhmlərin müqavilədə göstəriləndən daha baha olacağını vəd etsə də, bu şərti yerinə yetirə bilməyib.

Banker.az xəbər verir ki, o vaxtdan bəri “Tesla”nın səhmlərinin qiyməti demək olar ki, on qat artıb.

2018-ci ildə “Tesla”nın CEO-su İlon Mask belə bir tvit yazıb: “Mən “Tesla”nı 420 dollar nizamnamə kapitalı ilə özəl şirkətə çevirməyi düşünürəm. Maliyyələşdirmə təmin edilib”.

“JPMorgan Chase” hesab edir ki, “Tesla” müqavilə üzrə öhdəliklərini yerinə yetirməyib (nə səhm, nə də nağd pul ödəməyib), və şirkətdən 162.2 milyon dollar təzminat tələb edir.

Xatırladaq ki, məhz bu mesaja görə ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyası Maskı və onun şirkətini 20 milyon dollar ödəməyə məcbur edib. Lakin şirkət və tənzimləyici arasındakı razılaşma sonrakı illərdə də dəfələrlə pozulub.

Son xəbərlər
Digər xəbərlər