“JPMorgan Chase & Co.”nun Baş icraçı direktoru Jamie Dimon xəbərdarlıq edib ki, ABŞ-da və qlobal iqtisadiyyatlarda gələn il resessiya olacaq. ABŞ-ın ən böyük bankının Baş icraçı direktoru Dimon, ABŞ iqtisadiyyatının hazırda “əslində hələ də yaxşı vəziyyətdə olduğunu” və istehlakçıların 2008-ci il qlobal maliyyə böhranı ilə müqayisədə daha yaxşı vəziyyətdə olacaqlarını deyib.
Banker.az xəbər verir ki, bazar ertəsi Londonda keçirilən “JPM Techstars” konfransında çıxış edən Dimon deyib ki, gələcəkdə baş verəcəklər haqqında danışmadan iqtisadiyyat haqqında danışmaq olmaz, bunlar ciddi məsələlərdir. Dimon həyəcan təbili çalan göstəricilər arasında nəzarətdən çıxan inflyasiyanın təsirini, gözləniləndən yüksək faiz dərəcələrini, Rusiyanın Ukraynada apardığı müharibəni qeyd edib: “”Bunlar ABŞ-ı və dünyanı resessiyaya itələyən çox, çox ciddi şeylərdir. Demək istəyirəm ki, Avropa artıq resessiyaya məruz qalıb və yəqin ki, altı-doqquz ay ərzində ABŞ-ı da resessiyaya salacaqlar.”