8 C
Baku
Friday, December 13, 2024

“JPMorgan”ın rəhbəri şirkətləri uçot dərəcəsinin 7%-dək artmasına və iqtisadi tənəzzülə hazır olmağa çağırıb

“JPMorgan”ın hazırkı baş direktoru Ceymi Daymon bildirib ki, ABŞ-da faiz dərəcələri 7%-ə çata bilər. Onun sözlərinə görə, şirkətlər buna hazır olmalıdırlar. Daymon qeyd edib ki, o, iki il əvvəl 5%-ə qədər artımın mümkünlüyü barədə xəbərdarlıq etsə də, çoxları belə ssenariyə inanmayıb.

Daymon hesab edir ki, dərəcələrin yüksəlməsinə dünyada dövlət xərclərinin artması və böyük sərmayə tələb edən “yaşıl” iqtisadiyyata keçid təsir göstərə bilər. Bu amillər inflyasiya xarakteri daşıyır.

“JPMorgan” FED-in inflyasiya ilə mübarizəsində istənilən ssenariyə hazırdır, bank rəhbəri əmin edir. Bununla belə, o qeyd edib ki, dərəcələrin 7%-ə qədər artırılması əvvəlki 0-dan 5%-ə qədər sərtləşdirmədən daha ciddi nəticələrə səbəb ola, hətta ABŞ-da tənəzzülə gətirib çıxara bilər.

Bu yaxınlarda FED uzun müddət yüksək dərəcələri saxlamağa hazır olduğunu açıqlayıb və bu, bazarlarda iğtişaşlara səbəb olub. ABŞ Xəzinədarlığının 10 illik gəlirliliyi 2007-ci ildən bəri ən yüksək həddə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər