26 C
Baku
Saturday, July 27, 2024

Kəmaləddin Heydərov Nizami Rayon İcra Hakimiyyətini ittiham etdi

Bakının Nizami rayonundakı ticarət mərkəzində yanğının başvermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında da əks olunub”.

“Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə deyib.

O bildirib ki, FHN tərəfindən 2015-ci ildən başlayaraq “Diqlas” Ticarət Mərkəzinə və Nizami Rayon İcra Hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, burada yanğın və digər təhlükəsizlik tədbirləri görülməyib və bu məqsədlə tələb olunan hidratlar qoyulmayıb: “Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkopanla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub”. 

©Report

 

Son xəbərlər
Digər xəbərlər