Çeçenistanın lideri Ramzan Kadırov böyük qızı Ayşat Kadırovanı mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edib.
Banker.az xəbər verir ki, prezident bu barədə “Telegram”da açıqlama verib.
“Dostlar, Ayşat Kadırova Çeçenistan Respublikasının mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. Onu həyatındakı növbəti mühüm hadisə münasibətilə ürəkdən təbrik edirəm”, deyə Kadırov yazıb.
Onun sözlərinə görə, qızının bu vəzifəyə təyin edilməsi “düşünülmüş bir qərardır”. “Gənc yaşına baxmayaraq, o, mədəniyyət sahəsində də daxil olmaqla ən mürəkkəb və irimiqyaslı layihələrin idarə edilməsində zəngin təcrübəyə sahibdir”, – prezident qeyd edir.
Çeçenistan rəhbəri, Ayşatın son illər ərzində “Firdaws” moda evinə (2009-cu ildə Kadırovun həyat yoldaşı tərəfindən qurulub) uğurla rəhbərlik etdiyini və Çeçenistan filarmoniyasının inkişafına böyük töhfə verdiyini söyləyib.