6 C
Baku
Sunday, December 15, 2024

Kanada “antidempinq vergisi”nin müddətini uzatdı

Kanada idxal edilən polad üçün antidempinq vergisinin müddətini uzadıb.

Kanada Beynəlxalq Ticarət Arbitrajının (Canadian International Trade Tribunal (CITT)) açıqlamasında bildirilir ki, ölkənin Sərhəd Xidmətləri Agentliyi 10 ölkədən – Bolqarıstan, Çexiya, Rumıniya, Ukrayna, Braziliya, Danimarka, İndoneziya, İtaliya, Yaponiya və Cənubi Koreyadan idxal edilən karbonlu poladın və ya tərkibində karbon az olan yüksək sərtliyə malik poladın standart təbəqələrinin müəyyən növlərindən antidempinq vergisinin tutulmasını davam etdirəcək.

Antidempinq rüsumlarının tutulması ilə bağlı qərarın müddəti başa çatandan sonra yuxarıda göstərilən məhsullar üçün həmin rüsum qüvvədə qalacaq. CITT bunu belə əsaslandırıb ki, həmin məhsullar üçün antidempinq rüsumları ləğv ediləcəyi halda, Kanadanın yerli sənayesi bundan ciddi şəkildə zərər çəkə bilər.

Qeyd edək ki, antidempinq rüsumu yerli istehsal sahəsinə zərər vuran dempinqli idxalla bağlı tətbiq olunan gömrük rüsumuna deyilir.

“Vergilər” qəzeti

Son xəbərlər
Digər xəbərlər