Kanada hökuməti Belarusda vətəndaş cəmiyyətini dəstəkləmək üçün 2,25 milyon Kanada dolları (1,76 milyon ABŞ dolları) ayıracaq.
Bu barədə Kanada xarici işlər naziri Mark Qarno adından yayımlanan bəyanatda deyilir.
Qeyd olunub ki, ayrılan vəsait hüquqlarını və vətəndaş azadlıqlarını müdafiə edən Belarus vətəndaş cəmiyyətinin müxtəlifliyini, möhkəmliyini və effektivliyini gücləndirməyə kömək edəcək.
Vəsait xüsusən də müstəqil medianın dəstəklənməsi üçün xərclənəcək.