13 C
Baku
Tuesday, May 21, 2024

Kanada İrana qarşı sanksiyalar tətbiq edib

Kanada beynəlxalq sülh və təhlükəsizliyə təhdid hesab etdiyi fəaliyyətlərinə görə İranın bir sıra məmurlarını sanksiya siyahısına daxil edib.

Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bugünkü sanksiyalar siyahısına beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edən və ya İranda insan haqlarının kobud və sistemli şəkildə pozulmasını təşkil edən fəaliyyətlərdə iştirak edən 7 şəxs daxildir.

Siyahıda İranın Ali Milli Təhlükəsizlik Şurasının Baş katibi Əli Əkbər Əhmədian, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri və Strateji Mərkəzinin keçmiş komandiri və digər yüksək səviyyəli İran rəsmiləri də var.

Sanksiyalar həmçinin İran silahlı qüvvələrinin regionda sabitliyi pozmaq üçün istifadə etdiyi və Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya ixrac edilən pilotsuz uçuş aparatları istehsal edən dövlət şirkətlərindəki yüksək vəzifə tutan şəxsləri də hədəf alır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər