3 C
Baku
Saturday, February 24, 2024

Kanada məhkəməsi “Huawei” şirkətinin maliyyə direktorunu sərbəst buraxıb

Kanada məhkəməsi Çinin “Huawei” şirkətinin maliyyə direktoru xanım Men Vancounun 10 milyon Kanada dolları (7,5 milyon ABŞ dolları) məbləğində girov müqabilində sərbəst buraxılması barədə qərar qəbul edib.

Banker.az xəbər verir ki, bu barədə Çin KİV-ləri xəbər yayıb.

Məhkəmə Men Vanconun Vankuverdəki evində polis və xüsusi texnoloji avadanlığın nəzarəti altında yaşamasına razılıq verib. Onun pasportu da hüquq mühafizə orqanlarında qalacaq.

Qeyd edək ki, Kanada polisi ABŞ-ın istəyi ilə dekabrın 1-də “Huawei”in maliyyə direktoru və şirkətinin təsisçisi Jen Cenfeyin qızı olan Men Vancounu Vankuver aeroportunda saxlamışdı. O, Honqkonqdan Vankuver aeroportu vasitəsilə Meksikaya getməliydi.

Çinin ən böyük şirkətlərindən olan “Huawei”in rəhbər şəxsinin həbsi ölkəsində böyük narazılıqla qarşılanıb. Kanadanın və ABŞ-ın Pekindəki səfirləri Çin Xarici İşlər Nazirliyinə çağırılaraq, onlara rəsmi qaydada etiraz bildirilmişdi.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər