5 C
Baku
Wednesday, February 21, 2024

Kanada pul əskinaslarını dəyişəcək

Kanada Bankı 20 dollarlıq əsginasların üzərindəki təsviri dəyişəcək.

Bu barədə Kanadanın baş naziri Castin Trüdo bildirib. O, banka əskinasların yenilənməsi barədə göstəriş verib.

Məlumata görə, artıq dəyişiklik mərhum kraliça II Elizabetin təsvirinin yeni kral III Çarlzın partreti ilə əvəzlənməsindən ibarət olacaq. Bildirilir ki, kraliçanın şəkli Kanada sikkələrinin üz hissəsindən də silinəcək və Kanada Kral Sikkəxanası onu III Çarlzın portreti ilə əvəz edəcək.

Qeyd olunur ki, ölkədə sikkələr 70 ildən sonra ilk dəfə yenilənəcək.

Xatırladaq ki, Kanadada 5, 10, 20, 50 və 100 Kanada dolları nominalları dövriyyədədir. Ölkə əskinaslarında II Elizabetin təsviri ilk dəfə 1935-ci ildə, Kraliça hələ səkkiz yaşlı şahzadə ikən peyda olub. Onun portreti 1953-cü ildə tacqoyma mərasimindən sonra sikkələr üzərində zərb edilib.

Son xəbərlər
Digər xəbərlər