28 C
Baku
Saturday, July 27, 2024

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Kanada anti-Rusiya sanksiyalarını genişləndirib, bu dövlətin neft-qaz və kimya müəssisələri ilə konsultasiyalara qadağa qoyub.

Bu barədə Kanada hökuməti məlumat yayıb.

Məlumata əsasən, məhdudiyyətlər tikinti, nəqliyyat, kompüter xidmətləri, mühasibatlıq xidmətləri, konsaltinq kimi 28 fəaliyyət növünə təsir göstərib.

Qeyd edək ki, sanksiyalar mədənçıxarma, neft emalı, kömür və kimya məhsulları sahələrində fəaliyyət göstərən Rusiya şirkətlərinə şamil ediləcək.

Xatırladaq ki, mayın sonunda Kanada Rusiya Federasiyasının maliyyə sektoruna qarşı yeni sanksiyalar paketi tətbiq edib. Sanksiyalara bu ölkənin maliyyə institutları və böyük banklarının yüksək rütbəli əməkdaşları daxil olmaqla, 22 fiziki və 4 hüquqi şəxs məruz qalıb.

 

 

Son xəbərlər
Digər xəbərlər