10 C
Baku
Thursday, December 12, 2024

Kanada Sudandakı səfirliyinin fəaliyyətini dayandırdı

Kanada Sudandakı səfirliyinin fəaliyyətini dayandırıb.

Ölkənin Xarici İşlər Nazirliyi bunun Xartumda işçilərin təhlükəsizliyini təmin edə bilməməsi ilə bağlı olduğunu bildirib.

“Kanadalı diplomatlar müvəqqəti olaraq ölkədən kənarda təhlükəsiz yerdən işləyəcəklər”, – agentliyin açıqlamasında deyilir.

Qeyd olunur ki, ölkədə vəziyyət düzələn kimi səfirlik fəaliyyətini bərpa edəcək.

Bundan əvvəl ABŞ öz işçilərini Sudanın paytaxtından təxliyə edib. Vətəndaşların ixracı Fransa, Hollandiya, İspaniya, İtaliya və İsveç tərəfindən də açıqlanıb.

Sudanda döyüşlər aprelin 15-dən davam edir. Bu günə kimi 600-dən çox insanın öldüyü bildirilir.

Son xəbərlər
Digər xəbərlər