7 C
Baku
Thursday, December 12, 2024

Kanadada inflyasiya fevralda 5.9%-dən 5.2%-ə düşüb

Kanadada fevralda inflyasiya illik ifadədə 5,9%-dən 5,2%-ə düşüb.

Bu barədə Kanada Statistika Bürosu məlumat yayıb.

Fevral ayının nəticələrinə görə, ölkədə 2022-ci ilin dekabr ayı ilə müqayisədə benzinin qiymətində 4,7% ucuzlaşma qeydə alınıb.

Eyni zamanda, Kanadada ərzaq qiymətləri artmaqda davam edir: dekabrda illik artım 10,6% təşkil edib. Ardıcıl yeddi ay ərzində ərzaq məhsullarının qiymətlərində ikirəqəmli artım qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər