27 C
Baku
Saturday, July 27, 2024

Kanadanın “Zenith Energy” şirkəti SOCAR-la müqaviləsinə xitam verdi

Kanadanın “Zenith Energy” şirkəti Azərbaycandakı neft yataqlarında həyata keçirdiyi qazma və kəşfiyyat əməliyyatlarına yekun vurub.

Bu barədə şirkətin yaydığı sənəddə qeyd edilib.

Məlumatda bildirilib ki, neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə əsasən həyata keçirdiyi işlərə yekun vuraraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR ilə müqaviləsinə xitam verib.

SOCAR şirkətin Azərbaycandakı törəməsinə ümumilikdə 85 000 ABŞ dolları məbləğində ödəniş edib. Eyni zamanda, şirkət SOCAR-dan yekun ödənişi əldə etdikdən sonra bazarı müvafiq qaydada yeniləyəcək.

Qeyd edək ki, SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2016-cı ilin mart ayının 16-da imzalanıb.

Son xəbərlər
Digər xəbərlər