-1 C
Baku
Sunday, December 15, 2024

Kapital Bank ABA-nın illik toplantısına qatılıb

Kapital Bank 27-29 oktyabr 2019-cu il tarixlərində ABŞ-ın Sietl şəhərində keçirilən Amerika Banklar Assosiasiyasının İllik Qurultayında iştirak edib. Tədbirə İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

Amerika Birləşmiş Ştatlarının müxtəlif banklarını təmsil edən ekspertlərin iştirakı ilə keçirilən illik toplantıda maliyyə xidmətləri sahəsində tendensiyalar, kiber təhlükəsizlik, ödəniş sistemləri, bank sektoru iştirakçılarının qarşısında dayanan problemlər və digər məsələlər ətrafında müzakirələr edilib. Tədbir müddətində həmçinin “Bank işinin rəqəmsal transformasiyas”, “Kiber-risklərin idarə olunması” mövzuları ətrafında diskussiyalar aparılıb, eləcə də digər mövzularda vorkşoplar, panel və ictimai müzakirələr, təqdimatlar həyata keçirilib.

“Cari il ərzində Kapital Bank artıq bir neçə beynəlxalq tədbirlərə – forum, qlobal təşkilatların illik yağıncaqlarına və konfranslara qatılıb. ABA tərəfindən təşkil olunan İllik Qurultayın əsas prioritet istiqamətlərindən biri də informasiya texnologiyaları sahəsində olan yeniliklərlə bağlıdır. Ölkənin birinci bankı olaraq, xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə biz hər zaman müştərilərə innovativ həllər təklif edirik. Hesab edirəm ki, beynəlxalq təcrübədən yararlanmaq imkanı bankın öz ictimai əhəmiyyətli funksiyalarını daha səmərəli yerinə yetirməsinə müsbət təsir göstərəcək”, – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasına üzv seçilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər