10 C
Baku
Wednesday, December 11, 2024

“Kapital Bank”ın bölüşdürülməmiş mənfəəti 420 mln. manatı ötüb

“Kapital Bank” ASC 2022-ci ilin ilk üç rübü ərzində 210.61 milyon manatlıq xalis mənfəət əldə edib.

Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinad edir.

Kommersiya bankı ilin yanvar-sentyabr ayları ərzində  faiz gəlirlərini illik müqayisədə 28.1% artırmaqla 445.35 milyon manata çatdırıb ki, bu gəlirlərin də 358.96 milyon manatı müştərilərə verdiyi kreditlər üzrə gəlirdir.

Bankın faiz xərcləri ilin ilk üç rübündə 61.41 milyon manat, qeyri-faiz gəlirləri 287.48 milyon manat, qeyri-faiz xərcləri isə 331.85 milyon manat təşkil edib.

Bu da o deməkdir ki, ölkənin ən iri xidmət şəbəkəsinə sahib olan Kapital Bank ilin ilk üç rübündə 339.56 milyon manat əməliyyat mənfəəti əldə edib.

Buradan da, 71.82 mln. manat mümkün zərərlər üzrə ehtiyata ayırma edib, 57.14 mln. manatlıq mənfəət vergisi ödəyib, nəticədə 210.61 milyon manat xalis mənfəət əldə edib. Xalis mənfəəti 2021-ci ilin ilk üç rübündə 135.18 milyon manat idi.

Xalis mənfəətin ardından onun bölüşdürülməmiş mənfəəti 1 oktyabra  420.38 mln. manata yetib.234234234242444232

Son xəbərlər
Digər xəbərlər