®Kapital Bank hər zaman müştərilərin pula olan tələbatlarını qarşılamaq üçün endirimli və güzəştli şərtlərlə müxtəlif kredit aksiyaları keçirir, həmçinin məhsulların şərtlərini sadələşdirir. Bu dəfə mənzil, həyət evi, bağ, qeyri-yaşayış sahəsi və obyekt kimi əmlakları girov qoymaqla Kapital Bank-dan 70 000 manatadək kredit almaq mümkündür.
Şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır. Kredit qismində təqdim olunan vəsait, təminatın maksimum 65%-ni təşkil edə bilər. Maksimum 7 il müddətinə verilən kreditin minimal məbləği 20 000 manatdan, illik faiz dərəcəsinə isə güzəşt edilərək 18%-dən başlayır.
Qeyd edək ki, kredit yalnız rəsmi iş yeri olan şəxslərə verilir. Kredit verildikdə təminat qismində olan daşınmaz əmlak sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.