12 C
Baku
Wednesday, December 11, 2024

Kapital Bank data mövzusunda unikal tədbirlərə start verir

®Ölkənin birinci bankı Kapital Bank “SUP.VC” şirkəti ilə birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı unikal tədbirlərə start verir. İl sonunadək 6 tədbiri əhatə edəcək layihə “Data talks”, “Data workshop”, “Data panel” formatında olacaq.

Layihə çərçivəsində baş tutacaq ilk tədbirin mövzusu “Data sahəsində yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi”dir. Sahənin peşəkarları tərəfindən müzakirə ediləcək mövzu iştirakçılara böyük məlumatların yerləşdirilməsi və idarə olunması sahəsində yeni və maraqlı təcrübələrlə tanışlıq imkanı qazandıracaq. Tədbir verilənlər bazası ilə məşğul olan mütəxəssislər və bu sahə ilə maraqlanan şəxslər arasında əlaqə və təcrübə mübadiləsi imkanı yaradır.

İlk tədbirin eksperti yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi mövzusunda 20 ildən çox təcrübəyə sahib mütəxəssis Kamran Ağayevdir. O, “Oracle Database” sahəsində bir sıra professional, ekspert və master sertifikatlarına sahibdir. Onun ABŞ-da “Oracle verilənlər bazasında məlumatların nüsxəsinin alınması və bərpa yolları” və “Oracle Certified Master imtahanına hazırlıq” adlı 2 kitabı nəşr olunub. Dünyanın əksər ölkələrində beynəlxalq konfranslarda çıxış edən Kamran Ağayev “Oracle” şirkəti tərəfindən dünyada sayı 120-dən az olan “Oracle ACE Director” mükafatına layiq görülüb.

Layihənin davamı olaraq baş tutacaq növbəti tədbirlərdə yerli mütəxəssislərlə yanaşı Özer Günal və Bora Sezen kimi beynəlxalq ekspertlər də iştirak edəcəklər.

“Data talks” 19 sentyabrda Elektron Hökumətin İnkişaf Mərkəzində, Atatürk prospekti 89A ünvanında baş tutacaq. Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir: Uyğun olmayan link göndərilməsiUyğun olmayan link göndərilməsi. Qeydiyyat sayı məhduddur.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Son xəbərlər
Digər xəbərlər