0 C
Baku
Monday, February 26, 2024

“Kapital Bank” və “ABB” DSMF-nin tenderində qalib oldu, 32 milyon manatlıq sifariş aldılar

Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxs “Kapital Bank” ASC və “ABB” ASC ilə 31 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilələrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatında və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması nəzərdə tutulur.

“Kapital Bank” ilə bağlanmış müqavilənin dəyəri 15 988 475 manat, “ABB” ASC ilə bağlanmış müqavilənin məbləği isə 16 206 332 manatdır.

Son xəbərlər
Digər xəbərlər