1 C
Baku
Saturday, December 14, 2024

Kapital Bank Global Finance tərəfindən mükafatlandırılıb

Kapital Bank 16 yanvar 2019-cu il tarixlərində Londonda keçirilən BAFT Assosiasiyasını tədbirində iştirak edib və  tədbir zamanı dünyanın nüfuzlu Global Finance jurnalı tərəfindən “Ən yaxşı ticarət maliyyəçisi” (“Best Trade Finance Providers”) mükafatına layiq görülüb.

Qaliblər əməliyyat həcmi, filial şəbəkəsi, müştəri xidməti, rəqabət qabiliyyəti, yenilikçi texnologiyalar və digər meyarlar üzrə seçiliblər. Kapital Bank-ı tədbirdə İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq təmsil edib.

“Bu il yenə də ənənəvi tədbirdə Azərbaycanı təmsil etdik. Tədbir zamanı bir sıra maraqlı görüşlərimiz oldu. Kapital Bank ticarət şəbəkəsinin və kiçik-orta sahibkarlığın maliyyələşməsinə böyük önəm verir. Bu səbəbdən də Global Finance jurnalı tərəfindən xüsusi mükafata da layiq görüldük. Beynəlxalq əməkdaşlığa gəlincə biz gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik və Amerikadan, Avropadan, Asiyadan olan həmkarlarımızın təcrübəsindən yararlanacağıq”, – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

Qeyd edək ki, 2018-ci ildə Global Finance jurnalı Kapital Bank-ı Azərbaycanda “Ən Güvənli Bank” (“Safest Bank”) adına layiq görüb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər