9 C
Baku
Thursday, December 12, 2024

Kapital Bank-ın dəstəyi ilə “İxracın maliyyələşdirilməsi” mövzusunda təlim keçirilib

®Kapital Bank-ın dəstəyi və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İxracın maliyyələşdirilməsi” mövzusunda maarifləndirici təlim keçirilib.

Layihənin məqsədi Azərbaycanın xarici ticarət nümayəndələrinin maliyyə resurslarına sürətli əlçatanlığı üçün inklüzivliyin artırılması və asanlaşdırılması, mütəmadi likvid təminat problemi yaşayan ixracatçıların ticarət-maliyyə alətlərindən istifadəsinin genişləndirilməsi, onların innovativ maliyyə alətləri haqqında məlumatlandırılması idi. 

Təlimdə Kapital Bank-ın nümayəndələri də iştirak edib. Kiçik və orta sahibkarlarla iş departamentinin direktor müavini Elçin Mustafayev çıxışında sahibkarlarla bu formatda görüşlərin keçirilməsinin əhəmiyyətindən, bankın sahibkarlıq istiqamətində atdığı addımlardan, sahibkarlara yaradılan imkanlardan, bütün təşəbbüslərin müştəri mərkəzli xidmətin yaxşılaşdırılmasına yönəlməsindən danışıb. Təlimdə Kapital Bank-ın KOS və Korporativ məhsullar sahəsinin meneceri Orxan Mürsəlov və  məhsul sahibi İsmət Vəkilov overdraft, gömrük kredit xətti, faktorinq, ticarət əməliyyatlarının maliyyələşdirilməsi, ixrac zamanı avans ödənişləri, akkreditiv haqqında sahibkarlara geniş məlumat verib. 

Çıxışların ardından fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Son xəbərlər
Digər xəbərlər