“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin sayı 1 iyul 2020-ci il tarixdə 3 462 nəfər təşkil edib.
Banker.az bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir.
Ötən ilin müvafiq dövründə “Kapital Bank”ın işçilərinin sayı 2904 nəfər olub ki, bu da bankın işçi heyətinin illik müqayisədə 558 nəfər artması deməkdir.
Cari ilin aprel ayının 1-nə “Kapital Bank”ın işçilərinin sayı 3 416 nəfər təşkil edib. Karantinda bank işçilərinin sayını 46 nəfər artırıb. 2019-cu ilin dekabrında isə işçi sayı 3 250 olub.
Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb.