Kapital Bank son 6 ayda kreditin illik faizini 10% bəndi ucuzlaşdırıb

0

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik “Kapital Bank” ASC nağd pul krediti olan “Gündəlik təlabatlı kredit” məhsulunun illik faiz dərəcəsini son 6 ay ərzində 4-cü dəfə dəyişməli olub.

 

Banker.az monitorinq qrupu bildirir ki,  “Kapital Bank” kreditin illik faiz dərəcəsini 20%-dən 19%-ə qədər azaltmalı olub. Bu azalma artıq bankda son 6 ay ərzində davam etməkdədir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Xronikaya baxsaq ötən ilin 3-cü rübünə qədər bu məhsulun illik faiz dərəcəsi 29,84%-ə qədər idi. Oktyabr ayında bank bu rəqəmi 26%-ə,  noyabr ayında  arda-arda 20,16% və 20%-ə qədər azaltmışdı.

Bildirək ki, bank bu məhsulla 300 AZN-dən 20 000 AZN həcmi aralığında müştərilərə təqdim edir.