13 C
Baku
Tuesday, May 7, 2024

“Kapital Bank”ın aktivlərinin həcmi 8 mlrd. manata çatır – Rüblük hesabat

Azərbaycanın ən böyük xidmət şəbəkəsinə malik kommersiya bankı “Kapital Bank” ASC-nin aktivlərinin həcmi 8 milyard manata çatıb.

Banker.az xəbər verir ki, bu barədə bankın üçüncü rübü üzrə maliyyə hesabatında qeyd edilir.

1 oktyabr 2022-ci il tarixinə “Kapital Bank”ın aktivlərinin həcmi 7 milyard 721.46 milyon manat təşkil edib. Bu da illik müqayisədə 30.5%-lik artım dinamikası deməkdir.

Bankın aktivlərinin 3 milyard 234.14 milyon manatı müştərilərə verdiyi kredit portfelidir. Kredit portfelinin 1 milyard 866.66 milyon manatı istehlak (illik müqayisə: 21.2% artım), 992.12 milyon manatı biznes (51.7% artım) və 375.37 milyon manatı ipoteka (34.8% artım) kreditləri təşkil edib.

Bankın aktivlərində digər mühüm payı 1 milyard 934.67 milyon manatla qiymətli kağızar portfeli tutub.

Bankın öhdəliklərinin həcmi 7 milyard 5.39 milyon manat olub. Öhdəliklərindəki artıma əsas dəstək müştərilərdən cəlb edilmiş depozitərdir. Depozit portfeli son bir ildə 35.6% artmaqla 6 milyard 180.92 milyon manata çatıb ki, bunun da 1 milyard 924.85 milyon manatı fiziki, 4 milyard 256.06 milyon manatı isə hüquqi şəxslərdən cəlb edilmiş depozitlər təşkil edir.

23432423423

212112

Son xəbərlər
 ⁠
Digər xəbərlər