2 C
Baku
Saturday, December 14, 2024

“Kapital Bank”ın aktivlərinin həcmi 9 milyard manata çatır – HESABAT

“Kapital Bank” ASC-nin aktivlərinin həcmi 2024-cü ilin birinci rübü 107.2 mln. manat və ya 1.24 faiz artıb.

Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Beləliklə, 1 aprel 2024-cü il tarixinə bankın aktivlərinin həcmi 8 mlrd. 766.81 mln. manat təşkil edib.

Bankın aktivlərində əsas artımı müştərilərə verilən kreditlərin ilin əvvəlindən 2.93 faiz artaraq 4 mlrd. 397.01 mln. manata çatmasıdır. Aktivlərin digər 2 mlrd. 609.71 mln. manatı nağd vəsaitlər, 1 mlrd. 230.82 mln. manatı qiymətli kağızlar, 312.39 mln. manatı banklar və digər maliyyə institutlarındakı depozitlər təşkil edib.

Öhdəliklərin həcmi ilin əvvəlindən 0.5 faiz artımla 7 mlrd. 787.18 mln. manata yüksəlib. Öhdəliklərinin 4 mlrd. 528,18 mln. manatı hüquqi şəxslərin vəsaitləri, 2 mlrd. 145.38 mln. manatı fiziki şəxslərin depozitləri təşkil edib.

324567 2

 

Son xəbərlər
Digər xəbərlər