“Kapital Bank”ın “Bir Kredit” BOKT-sinin nizamnamə kapitalı 106 mln. manata qaldırılıb

“Kapital Bank” ASC-nin törəmə təşkilatı “Bir Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı artırılaraq 100 milyon manatı keçib.

Banker.az xəbər verir ki, 2026-cı ilin ilk rübündə bu kredit təşkilatına 6 mln. manat (~6%) artırılmaqla 105 milyon 835.6 mln. manata yüksəlib. BOKT bununla bazarda ən iri kapitallı bank olmayan kredit təşkilatıdır.

Halbuki, ilin əvvəli BOKT-nin nizamnamə kapitalı 99 milyon 835.6 milyon manat idi.

Bu arada “Bir Kredit” BOKT-nin əsas biznes portfeli olan “Competo” MMC-yə (Bir Ekosistem – əvvəlki Umico) yatırımları yüksəlib. Təşkilat il ərzində şirkətə əlavə 10.5 milyon manat investisiya yönəldilib və bununla da ümumi investisiya portfeli 96.496 milyon manata çatıb.

Kapital artımı səhmdar strukturuna da təsirsiz ötüşməyib. “Bir Kredit” BOKT-nin payı 70.47%-dən 54.09%-ə enib. “PashaPay” MMC isə əvvəlki ildə paya malik olmadığı halda, 2025-ci ilin sonuna şirkətdə 25.70% pay əldə edib.

Beləliklə, “Kapital Bank” ASC-nin “BirKart” və “PashaPay” vasitəsilə “Competo” MMC-də ümumi payı 2025-ci ilin sonuna 79.79% təşkil edib.

“BirKart” özü BOKT kimi təsis edilsə də, uzun müddətdir ki, ana şirkətin fintex layihələrindəki investisiya ilə tanınır. “Kapital Bank” rəhbərliyi iki il öncə bu təşkilatın uzun müddətli baxış strategiyası olduğunu bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər