9 C
Baku
Thursday, December 12, 2024

“Kapital Bank”ın “Birkart”ı ölkənin ən böyük BOKT-larında birinə çevrildi

“Kapital Bank” ASC-yə məxusus olan “Birkart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 21 milyon manatı ötüb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, BOKT-un nizamnamə kapitalı 12 700 000 manat, yaxud 2.5 dəfə artırılıb.

“Birkart BOKT”un nizamnamə kapitalı 21 240 000 manata yüksəlib.

Bununla da, ölkədə səhm kapitalına görə, “Para Bank” ASC-nin varisi olan “Para” BOKT ASC-dən sonra ikinci ən böyük bank olmayan kredit təşkilatına çevrilib. Sonuncu reytinqdə ilk 4-lükdə yer alırdı (Aqrar Kredit BOKT sayılmadan).

Qeyd edək ki, “Birkart BOKT” 2018-ci ildə yaradılıb. Ötən il açıqlanan məlumata görə BOKT özü “PAŞA Holdinq” MMC-nin törəməsi olan “Competo” MMC ekosistem şirkətində pay alıb. Hazırda 28 xidmət şəbəkəsinə malikdir.

Son xəbərlər
Digər xəbərlər