17 C
Baku
Saturday, May 18, 2024

“Kapital Bank”ın nizamnamə kapitalı artırılır – Səhmdarların ümumi yığıncağı planlaşdırılır

“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən ofisində 17 noyabr 2022-ci il saat 11.00-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə Banker.az Bankın İdarə Heyətinin elanına istinad edir.

Ümumi yığıncağın gündəliyi:

  1. “Kapital Bank” ASC-nin nizamnamə kapitalının artırılması məsələsi haqqında.
  2. “Kapital Bank” ASC-nin nizamnaməsinin yenilənməsi məsələsi haqqında.
  3. “Kapital Bank” ASC-nin müşahidə şurasının əsasnaməsinin yenilənməsi məsələsi haqqında.
  4. Digər məsələlər.

Qeyd: yığıncaqda iştirak etmək üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır. Qeydiyyat, iclasın başlanmasına 1 saat qalmış başlanır.

Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə 2022-ci il noyabrın 1-dən etibarən www.kapitalbank.az/sehmdarlarin-yigincagi linki vasitəsilə tanış olmaq mümkündür.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245.85 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər