Azərbaycanda bank sektoru 2026-cı ilin ilk rübündə kapitalın mənfəətliliyi (ROE) göstəricisi üzrə ciddi fərqlilik nümayiş etdirib.
Banker.az xəbər verir ki, ən yüksək ROE göstəricisi “Kapital Bank”da (37.18%) qeydə alınıb. İkinci yerdə “Bank Respublika” (27.12%), üçüncü yerdə isə “AccessBank” (21.11%) qərarlaşıb.
Daha sonra “PAŞA Bank” (20.13%), “ABB” (19.31%) və “Bank of Baku” (17.97%) ilk altılığı tamamlayıb.
Siyahıda ən kəskin artım “Unibank KB”-də müşahidə olunub. Bankın ROE göstəricisi 2025-ci ilin ilk rübündə 6.58% olduğu halda, 2026-cı ilin eyni dövründə 16.00%-ə yüksəlib.
Ən yüksək azalma isə “Yelo Bank”da qeydə alınıb. Bankın ROE göstəricisi ötən ilin 28.89%-dən 14.60%-ə düşüb.








