Bu ilin sonuna qədər ölkədə karantin rejimi davam edəcək”.
Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, xüsusi karantin rejimindən mərhələli şəkildə çıxmaq ehtimalı ola bilər: “Bu yükün artması və yumşalma prosesi vətəndaşların sosial məsuliyyətindən asılıdır. Virusla yaşamağa öyrəşməliyik. İlin sonuna kimi vəziyyət belə olacaq”.