10 C
Baku
Friday, December 13, 2024

Kart ilə gəlir əldə etmək mümkün olacaq

Bank of Baku “Bolkart” məhsulu ilə bağlı bu yaxınlarda növbəti yeniliyini təqdim etdi. Banker.az bu haqda məlumatı, bankın sosial şəbəkələrdəki səhifəsindən əldə etmişdir. Belə ki, artıq bir müddətdir ki, facebook istifadəçilərinin marağına səbəb olan Gəliiiiir adlı post yerləşdirilib. Nəyin gəldiyini, hansı yeniliklərin olacağını hamı kimi biz də izləyərək öyrənməyə çalışdıqkjhg

Bankdan əldə etdiyimiz məlumata görə, Gəlir şüarı altında maraqlı yeniliklər və müştərilərin sevincinə səbəb olacaq möhtəşəm kampaniyalar gəlir. Elan olunan ilk yeniliklərdən biri, Bolkart debet və Bank of Baku-nun əmək haqqı kartlarına deposit funksiyasının əlavə olunmasıdır. Belə ki, Bolkart Debet kart sahibləri, kartda saxladıqları vəsaitə görə illik 5% GƏLİR əldə edəcəklər. Məlumat üçün bildirək ki, bu funksiya həm bazar üçün innovativ, həmdə ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində atılan ən maraqlı addımlardan hesab edilə bilər.

Depozit funksiyasının aktiv olması üçün kartın balansında minimum 100 AZN vəsaitin olması kifayətdir.

Qeyd edək ki, kartın özəlliklərindən biridə alış-veriş zamanı 15%-dək bonusun hesablanmasıdır.

Bu kart vasitəsi ilə bank passiv alış-veriş edənlərə depozit funksiyası vasitəsi ilə gəlir qazandırır, digər tərəfdən isə aktiv istifadəçilərə 15%-ə qədər bonus verir.

Aydın görünür ki, bu Bolkart debet məhsulu vasitəsi ilə bank kartdan istifadəyə görə həm aktiv həmdə passiv müştəriləri məmnun etməyə çalışır.qaliga faiz YENİLİK

Bolkart Debet kartlarını kartın növündən asılı olaraq 1, 2 və 3 il müddətinə əldə etmək mümkündür. Kart həm ödənişli, həm də Bank tərəfindən  müəyyən edilmiş  məbləğdə sığorta depoziti yerləşdirməklə pulsuz əldə oluna bilər. Sığorta depoziti olaraq yerləşdirdiyiniz vəsaiti kartı əldə etdikdən dərhal sonra Bank of Baku ATM və POS-larından komissiyasız nağdlaşdıra bilərsiniz.

Bolkart Debet Kartları haqqında digər şərtlərlə http://bolkart.az/az/bolkart-debet/ linkində ətraflı tanış ola bilərsiniz.

P.S. “Depozit funksiyası” həmçinin əmək haqqı kartları Bank of Bakudan olan müştərilərin kartlarına da tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər