Kart Biznesi departamentinin “Kart məhsulları və xidmətlərin inkişafı” şöbəsinin rəisi
Əsas vəzifələri:
- Kart məhsullarının, xidmətlərinin inkişafı və satış prosesinin optimallaşdırılması;
- Kart məhsullarının və xidmətlərinin yaradılması, modifikasiyası və satışı üzrə planların hazırlanması və onların yerinə yetirilməsini təmin etmək;
- Kart məhsulları və nağdsız hesablaşmalar üzrə daxili və xarici bazarı təhlil etmək;
- Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;
- Fərqli müştəri seqmentləri üçün nəzərdə tutulan kompleks məhsullar hazırlamaq və təqdim etmək;
- Şöbənin fəaliyyətinə dair metodologiyanın hazırlanmasını və tətbiqini təmin etmək;
- Bankın Müştəri xidməti strukturları tərəfindən edilən satışlara dəstək və nəzarət.
Namizədə olan tələblər:
- Ali təhsil
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Strateji düşünmə və davranma qabiliyyəti;
- Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilini səlis, rus və ya ingilis dillərini yüksək səviyyədə bilməsi.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
RabitəBank—–23102017