7 C
Baku
Sunday, December 15, 2024

Karta ehtiyac yoxdur: Rio Olimpiadasına gedənləri hansı ödəniş yenilikləri gözləyir?

5 avqust tarixindən Braziliya növbəti, XXXI Olimpiadaya start veriləcək. Bu turnir idman hadisəsindən əlavə, bir sıra müxtəlif ödəniş innovasiyaları ilə də yadda qalacaq.

Beləliklə, Olimpiada gedənləri burada hansı maliyyə yenilikləri gözləyir:

1. NFC-qolbaq

Olimpia oyunlarının əsas ödəniş sponsoru olan Visa şirkəti hələ keçən il müştərilərə əllərinin bir hərəkəti ilə məhsul və xidmətlərin haqqını ödəmək, həmçinin xüsusi məkanlara giriş əldə etməyə imkan verən NFC-çipli qolbaq haqqında məlumat vermişdi.

2. Barmaq izləri

Visa şirkəti həmçinin barmaq izlərini oxuyan cihazı da təqdim etmişdi və bu cihaz bir qayda olaraq əməliyyatı daha sürətli həyata keçirmək üçün nəzərdə tutulub. İstifadəçi öz ödəniş məlumatlarını və barmaq izini şirkətdə qeydiyyatdan keçirməlidir və yalnız bundan sonra müştəri barmaq izinin köməkliyi ilə ödəniş edə bilər.

3. NFC-üzük

Olimpiada zamanı alış-veriş zamanı təmassız ödəniş üçün həmçinin çiplərlə tmin edilmiş üzüklərdən də istifadə etmək mümkün olacaq. Təhlükəsizlik səviyyəsini artırmaq məqsədilə üzüklər tokenizasiya texnologiyasını dəstəkləyir. Bundan əlavə, bu cihazlarda batareya olmadığından onları enerji ilə təmin etməyə ehtiyac yoxdur. Lakin bu yenilik hələ ki, Visa-nın seçdiyi 45 idmançı üçün keçərli olacaq.

4. Mobil ödənişlər

Ödəniş sistemi Olimpia oyunlarına aid olan bütün məkanlarda 4000 POS-terminal quraşdırıb ki, bunlar sırasında təmassız ödəniş etməyə imkan verən terminallar da var. Bu insanlara nəinki öz bank kartları ilə, həmçinin NFC texnologiyalı mobil cihazlarla da rahat və tez bir şəkildə ödəniş etmək şansı verəcək. Visa ödənişləri həmçinin smart-saatlara sahib şəxslər üçün Apple Pay və Samsung Pay tətbiqetmələri də əlçatan olacaq.

Visa-dan əsas məsləhətlər:

Visa ödəniş sistemi Olimpiadaya səfər edən şəxslərə faydalı ola biləcək bir neçə əsas məsləhətlər nəşr edib.

  • Öz bank-emitentinizi və yaxud maliyyə təşkilatınızı planlaşdırdığınız səyahət və kartınız ilə etməyi planlaşdırdığınız alış-verişlər haqqında məlumatlandırın.
  • Bütün tranzaksiyalarınızı izləmək üçün sms-məlumatlandırma xidmətinə qoşulun.
  • Çipli kartlarla ödəniş etməyə çalışın – bu daja təhlükəsizdir.
  • Alış-veriş etdiyiniz məkanlarda Visa loqotipini axtarın və əmin olun ki, beynəlxalq ödəniş kartı burada qəbul olunur.

 

 

Son xəbərlər
Digər xəbərlər