3 C
Baku
Wednesday, February 28, 2024

Kartelin sonu: niyə OPEC-in açıqlamaları neftin qiymətinə təsir etmir?

Yeni reallıq köhnə OPEC kartelini əvvəlki gücündən məhrum etdi: heç kim neft istehsalın azaldılması ilə bağlı təhdidlərdən qorxmur. Neft konyunkturasına güclü təsir edə bilən şey varsa, o da tələbin dəyişməsidir. 

Koronavirus epidemiyasının yayılması neft qiymətlərinin düşməsinə səbəb oldu ki, bununla əlaqədar olaraq Vyanada görüş keçirildi. İştirakçılar neft ixracının azaldılması müqaviləsinin müddətini uzatmaq və hasilatı daha 600 min barel azaltmaq qərarına gəldilər. Bazar bu tövsiyələrə heç bir reaksiya vermədi. 

Ortaya çıxan sual budur: əgər OPEC dünya neft bazarının tənzimləyicisi və ya ən az “stabilizatoru” olduğunu iddia edirsə, onda niyə bu təşkilatın nə bəyanatları, nə də fəaliyyəti neftin qiymətinə təsir etmir? 

İlin əvvəlindən bəri Brent markalı neftin qiyməti təqribən 25% düşüb – 70,20 dollardan 53-54 dollaradək. İqtisadiyyatı neft sektorundan asılı olmayan ölkələr belə təzyiq altına düşdü. Bildiyimiz kimi, Səudiyyə Ərəbistanında belə büdcə kəsirinin qarşısını almaq üçün neftin qiyməti ən azı 80 dollar olmalıdır. 

2016-cı ildən etibarən OPEC özünə çoxlu müttəfiq tapdı və qiymətləri məqbul səviyyədə saxlamaq üçün hasilatın azaldılmasına razılıq verdi. Səudiyyə Ərəbistanı bu vəzifəni öz boynuna götürdü. Razılaşmanın digər iştirakçıları da neft bazarının tədarükünün tənzimlənməsinə müəyyən töhfələr verdilər, Rusiya isə şifahi “müdaxilələr” ilə məhdudlaşdı. 

Müəyyən müddət ərzində Moskvanın açıqlamaları, həqiqətən də, qiymətlərin artmasına gətirib çıxardı, xüsusilə fyuçers müqavilələrinin mühüm rol oynadığını vurğulamaq olar. Real vəziyyəti gizlətmək mümkün olmadıqda, Rusiyanın məmurları OPEC ilə razılaşdılar ki, bundan sonra onlar təşkilata təkcə neft istehsalına görə hesabat verəcəklər. Çox güman ki, indi bu hiylə artıq işləmədiyindən, Rusiya da OPEC+ iştirakçılarının fəaliyyətində iştirak etmir. 

Epidemiyanın qurbanları

Moskvanın kartel sövdələşməsini tərk etməsi, koronavirus epidemiyasının yayılması və neft sektorunda fövqəladə vəziyyətin yaranması ilə üst-üstə düşdü. Fevral ayının birinci həftəsində məlum oldu ki, infeksiya ilə mübarizə Çin iqtisadiyyatına təsir göstərib və dünya bazarında neftə olan tələbat 1,5 milyondan 3 milyon barelədək azala bilər. 

Qiymətləri olduğu səviyyədə saxlamaq nə OPEC, nə də OPEC+ ölkələrinin əlində olmadığından, onlar təcili sürətdə Vyanada görüş keçirmək qərarına gəldilər. Nəticədə, bəziləri neft hasilatının azaldılmasına qarşı çıxdı, bəziləri isə bu ideyanı dəstəklədi. Rusiya nümayəndələrinə gəldikdə, onlar vəziyyəti daha detallı şəkildə qiymətləndirmək üçün yekun qərarı təxirə salmağı xahiş etdi. 

Tənzimləyicilərin “uğursuzluğu”

Birincisi, son bir neçə ildə bazarı manipulyasiyalar yolu ilə tənzimləmək cəhdlərinin uğursuz olduğunu görürük. Neft o qədər çoxdur ki, tədarükün dayandırılması qiymətlərə zəif təsir edir. İran, Liviya və Venesuela neft ixracını demək olar ki, tamamilə dayandırıblar, ənənəvi neft istehsalı zonalarında isə yeni hərbi münaqişələr ortaya çıxır – fyuçerslərin qiyməti bir-iki dəfə artır və sonra yenidən sabit səviyyəyə qayıdır. Bazarda satıcılar deyil, alıcılar üstün mövqe tutmağa başlayıblar. 

Neft konyunkturasına güclü təsir göstərən bir şey varsa, o da tələbin dəyişməsidir. Buna misal olaraq Çini göstərmək olar. 

Bu gün neft bazarı nisbətən sabitdir – Brent markalı neftin qiyməti 55 dollar təşkil edir. Qiymətin dəyişməsi olduqca realdır, çünki Pekinin optimistik açıqlamalarına etibar qalmayıb. Lakin neft istehsal edən şirkətlərə təsir göstərmək üçün 40 dollar  səviyyəsi ani deyil, uzunmüddətli olmalıdır. Məsələn, “böhrandan sonrakı” qiymətləri nəzərə alaraq, dəniz mədən layihələrinə böyük sərmayələr yatırıldı. OPEC-in heç bir iştirakı olmadan təklifin azaldılmasını istisna etmək olmasa da, bu yalnız uzunmüddətli perspektivdə mümkün ola bilər. Hələki bütün diqqətə tələbə yönəldiləcəkdir.

Son xəbərlər
Digər xəbərlər