16 C
Baku
Thursday, April 25, 2024

Kartınız bankomatda ilişib qalsa nə etmək lazımdır?

Bankomatların əksəriyyəti plastik kartı geri qaytardıqda xüsusi səs xəbərdarlığı etsələr də, bir çox müştərilər buna baxmayaraq kartlarını bankomatda unudurlar.

Plastik kartın bankomatda qalmasına səbəb nədir?

Əksər hallarda bu müştərinin kartını unutması səbəbindən baş verir. Kart bankomatın “cardreader”-ində qaldıqda bankomat ilkin olaraq yüksək səs xəbərdarlığı edir (əməliyyat yerinə yetirildikdən 30 saniyə sonra), daha sonra isə onu belə desək “yeyir”.

Yuxarıda təsvir edilən hadisə müştərinin günahı səbəbindən baş verir. Lakin bəzi hallarda bu vəziyyətin yaranmasına başlıca təşəbbüskar bankomatın özü olur. Bu isə:

  1. Cihazın nasaz olması;
  2. Kartı təqdim edən bankın geri götürmə barədə qərar verməsi;
  3. Bankomat sahibinin sınaq tədbirləri həyata keçirməsi səbəbindən baş verə bilər.

Kart bankomatda ilişib qaldıqda nə etmək lazımdır?

Kartınız bankomatda ilişib qaldıqda əsas məsələ həyəcan keçirməməyinizdir. Özünüzü ələ alın və bankomatı diqqətlə nəzərdən keçirin. Onun üzərində bankomat təminatçısının nömrəsinin olub-olmadığını araşdırın və sizə təmir üçün mütəxəssis göndərilməsini tələb edin. Vəziyyətin gedişatı daah sonradan aşağıdakı şəkli ala bilər:

Probleminiz operativ şəkildə həll edilə bilər. Texniki dəstək mühəndisi gələcək və kartınızı bankomatdan çıxaracaq. Bu bankomatın bankın ofisində və yaxud ona yaxın ərazidə yerləşdiyi halda baş verə bilər. Bu zaman şəxsiyyətinizi təsdiq edən sənədin üzərinizdə olması lazımdır.

Kart bankın təşəbbüsü ilə bankomatdan çıxarılırsa, bəxtiniz gətirməyib deməkdir. Plastik kartınızı geri götürmək üçün maliyyə təşkilatının ofisinə getməli və yaranmış problemi həll etməli olacaqsınız. İlkin olaraq banka zəng edərək yaranmış anlaşılmaz vəziyyət haqqında məlumat almaq lazımdır.

Dəstək xidmətindən kartın yalnız bankomatın inkassasiya edilməsindən sonra veriləcəyini bildirə bilərlər. İnkassatorlar plastik kartı bankın ofisinə çatdıracaqlar ki, daha sonradan onu buradan əldə edə bilərsiniz. Bu halda da sizə şəxsiyyət vəsiqəniz gərək olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər