1 C
Baku
Saturday, December 14, 2024

Kartınız bankomatda qalsa nə etməli?

Bəzi bank əməliyyatlarını həyata keçirmək üçün ən rahat yollardan biri də bankomatlardan istifadə etməkdir. Bundan başqa, bankomat sizə, hesabınızın cari vəziyyəti haqqında məlumat (o cümlədən kağız üzərində çıxarış) almağa imkan verir. Bankomatlar vasitəsilə siz aşağıdakı əməliyyatları həyata keçirə bilərsiniz.

  • Kart hesabından nağd pul vəsaitləri çıxarmaq;
  • Hesab barədə məlumat almaq;
  • Cari hesablara pulun qoyuluşu;
  • Cari hesabdan təcili hesaba köçürmələr;
  • Kommunal və digər xidmətlərin haqqını ödəmək və s.

Bankomat vasitəsilə kartınızdan əməliyyatlar həyata keçirdiyiniz zaman kartınızı bankomata daxil edərkən diqqətli olun. Çünki bəzən kartınızla əməliyyatlar həyata keçirdiyiniz zaman ola bilər ki, kartınız bankomatda qalsın. Bir çox səbəbdən kartınız bankomatda qala bilər.

  • Texniki cəhətdən bankomat nasaz olduqda;
  • Bankomatın rabitə xətti kəsildikdə;
  • Kartı bankomata saldıqdan sonra uzun müddət əməliyyat aparılmadıqda;
  • Bank tərəfindən karta blok qoyulduqda və yaxud zədəli kartlar bankomata salındıqda və s.

Texniki cəhətdən bankomat nasaz olduqda və bankomatın rabitə xəttinin kəsildiyi zaman kartınız bankomatda qala bilər. Siz bu zaman banka yaxınlaşıb bu barədə xəbər verməlisiniz. Çünki bankomatın nasaz olması bankın səhvidir və tez bir zamanda bank bu səhvi aradan qaldıracaqdır. Banka müraciət etdiyinizdə bankın əməkdaşları sizə kartınızın geri qaytarılmasında yardımçı olacaqdır. Bəs siz bankomatda qalan kartınızı hansı müddətə əldə edə biləcəksiniz? Belə bir hadisə ilə qarşılaşdığınızda siz kartınızı bir gün ərzində geri ala biləcəksiniz. Belə ki, kartınızla bağlı banka yaxınlaşdığınız zaman bank sizin mobil nömrənizi qeyd edir. Bundan sonra isə bank əməkdaşları tərəfindən kart bankomatdan çıxarılır.

Sizinlə əlaqə saxlanıldıqda isə şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə banka yaxınlaşaraq kartınızı geri ala biləcəksiniz.

Siz kartınızı bankomata daxil etdiyiniz zaman uzun bir müddət əməliyyat həyata keçirmədiyiniz zaman da kartınız bankomatda qala bilər. Misal olaraq, Əgər siz bankomata kartınızı daxil etdikdən sonra telefonla danışmalı olsanız və bu zaman kartınızın bankomatda olduğunu unuda bilərsiniz.

Kartınızı bankomata daxil edib təxminən 20 dəqiqədən sonra əməliyyat həyata keçirmək istəsəniz, bu mümkün olmayacaq və kartınız bankomatda qalacaqdır. Çünki bankomat sizə kartınızı daxil etdikdən sonra maksimum 10 dəqiqə əməliyyat həyata keçirməməyinizə icazə verir.

Bank tərəfindən karta blok qoyulması və yaxud zədəli kartların bankomata salınması və s. kimi hallar baş verdiyi zaman da kartınızı bankomat uda bilər. Banker.az saytı olaraq sizə bir neçə məsləhət görmək istərdik ki, kartlarınızdan istifadə edən zaman biraz diqqətli olun və istifadə zamanı kartınıza ziyan verəcək situasiyalardan uzaq olun.

Diqqət yetirməli olduğunuz hallar

  • Pin kodu daxil edərkən (çalışın 3 dəfədən artıq kodu daxil etməyəsiniz)ehtiyyatli olun;
  • Sudan qoruyun;
  • Həddən artıq isti və soyuq şəraitlərdən kartınızı qoruyun;
  • Kartınızı cibinizə qoyduğunuz zaman diqqətli olun;
  • Çalışın kartınızın üzərinə kodunuzu yazmayın və s.

Qeyd edək ki, əgər bankomat bankın filial və ya şöbəsində quraşdırılıbsa, orada işləyən və bankomata texniki xidmət göstərən heyətin bankomatdan kartı (Sizin şəxsi kartınız olsa belə) Sizə verməyə ixtiyarı yoxdur. Bankın əməkdaşı Sizi yalnız təlimatlandırmalıdır.

Son xəbərlər
Digər xəbərlər