22 C
Baku
Sunday, May 26, 2024

Kartof və bağışlamaq bacarığı

Günlərin bir günü müəllim bizim hər birimizi təmiz plastik torbalar və kartoflar ilə dolu zənbil gətirməyə məcbur etmişdi. Həyatımız boyu bağışlaya bilmədiyimiz hər bir insan üçün biz bir kartof seçməli, həmin kartofun üzərinə bağışlaya bilmədiyimiz insanın adını yazmalı və kartofu torbaya atmalı idik. 

Bəzilərimizin torbaları çox ağır olmuşdu. Bundan sonra biz hər həftə öz torbalarımızı özümüz ilə daşımalı, gecə yatanda yatağımızın başına, işləyərkən masamızın üzərinə qoymalı idik.

Bu torbanı daşımağın verdiyi narahatlıq bizi düşünməyə vadar etdi. Biz həmçinin mənəvi olaraq bağışlamadığımız insanların yüklərini də öz üzərimizdə daşayırıq.

Daim bu haqda düşünürük, narahat oluruq və unuda bilmirik.

Təbii ki, kartof getdikcə çürüməyə və xarab olmağa başladı.

Bu bizim ürəyimizdə mənfi emosiyaları saxladığımız zaman nələrin baş verdiyinin bariz nümunəsidir.

Əksər hallarda biz insanları bağışlayacağımız halda onlara hədiyyə etmiş olacağımızı düşünürük. Bu düşüncədə həqiqətin payı var, lakin qismən. Çünki ilk növbədə bu bizim özümüzə olan hədiyyədir.

Buna görə növbəti dəfə əgər siz düşünsəniz ki, kimisə bağışaya bilmirsiniz, özünüzə bir sual verin: «Mənim torbam yetərincə ağır deyilmi?»

Son xəbərlər
 ⁠
Digər xəbərlər