9 C
Baku
Bazar, Oktyabr 24, 2021

Karyera məqsədlərinizə çatmağınıza kömək edə biləcək 5 siyahı

Mən siyahılara ehtiyacı olan insanlardan biriyəm. Hər gün Todoist-də gündəlik işlərimin siyahısını tuturam, eyni zamanda oraya hədəflərimi də əlavə edirəm. 

Xüsusilə, tərtib etdiyim siyahıların bir qrupu “karyera siyahıları” dır. Atıq bir neçə ildir ki, bu qrupa daxil olan beş növ siyahıdan istifadə edirəm və onların hər birinin karyeramla bağlılığı var.

Mən onları Evernote-da, “Karyera” qovluğunda saxlayıram və şirkətimizdə işçilərin yenidən qiymətləndirilməsi keçiriləndə və ya bir pillə yuxarı inkişaf edəndə istifadə edirəm. 

Bu siyahılar hər an əlimin altında olduğu üçün çox sevinirəm. Əgər siz də mənim kimi siyahı tutmağı sevirsinizsə, onlardan bir neçəsini seçib istifadə edə bilərsiniz!

  1. Karyeradakı nailiyyətlər

Bu, bəlkə də, ən sadə və ən vacib siyahıdır. Məncə, hər birimiz belə bir siyahı tərtib etməlidir. 

Mənim siyahımda illik və rüblük nailiyyətlər, nəticələr var. Əslində, siyahını rüblər üzrə bölməyi çox sevirəm, amma siz fərqli tərtibatdan istifadə edə bilərsiniz. Məsələn, işçilərin effektivliyinin qiymətləndirilməsi ildə iki dəfə keçirilir, bu halda siyahını altı aylıq bloklara bölmək məntiqə uyğundur. 

Bu siyahıda çox da xırdaçılığa getməyiniz gərək deyil. Mənim siyahım cəmi bir neçə punktdan ibarətdir və onların hər birinə bir neçə söz yazmışam. 

  1. Effektivliyin qiymətləndirilməsinə dair qeydlər

Bu mənim üçün yeni siyahıdır, amma onun faydasına artıq varmışam. Effektivliyin qiymətləndirilməsinə dair qeydlərimi ayrıca sənəddə saxlayıram. 

Əvvəllər biz işçilərin qiymətləndirilməsini aparmırdıq, indi isə bunu müntəzəm şəkildə edirik. Bir qayda olaraq, məhsuldarlığın qiymətləndirilməsinə dair məlumatları elektron poçt vasitəsilə alıram. Və bu qeydləri elektron qutuda saxlamaq əvəzinə, onlar Evernote proqramına köçürürəm. Bu halda onlardan istifadə etmək daha rahat olur.

Biz həmçinin 360 dərəcəlik qiymətləndirmələr keçiririk, burada mən öz nəticələrimi və üç iş yoldaşımın nəticələrini təhlil edirəm, onlar isə məni təhlil edirlər. Bütün bu proses anonim şəkildə, CultureAmp vasitəsilə həyata keçirilir. Belə təhlil ildə bir dəfə aparılır və düşünürəm ki, effektivliyin qiymətləndirilməsi üçün olduqca faydalıdır. 

  1. Karyerasına heyran olduğum insanlar

Bu qeydləri hələ universitetdə oxuduğum müddətdə aparmağa başladım. Əslində, karyerasına heyran olduğum bir çox insan var. Bu siyahını tərtib etməkdə əsas məqsədim öz nailiyyətlərimin və uğurlarımın müqayisəsini aparmaqdır. Özüm özümdən soruşuram: heyran olduğum insan kimdir? Və sonra həmin insana xas olan xüsusiyyətləri öz karyerama yeridirəm. 

Məsələn, Ryan Holiday-in fanatıyam. O, bloq və xəbər yayımlarını aparır və bu iki şeyin brendinq və karyera yüksəlişi üçün əhəmiyyətindən danışır. Məhz bu səbəbdən mənim də bloq və xəbər yayımlarım var. 

  1. Heyran olduğum şirkətlər

Heyran olduğum insanlar kimi, heyran olduğum şirkətlərin də siyahısını tuturam. 

Bunun bir neçə səbəbi var. Əgər nə vaxtsa iş axtarsam, belə bir siyahının əlimin altında olması yaxşı olardı. 

Bəzən heyran olduğum insanların siyahısına əlavələr etmək üçün bu siyahıdan istifadə edirəm. 

Məsələn, bir şirkət və onun kommunikasiya və ya ictimaiyyətlə əlaqələr üzrə baş direktorunu tapıram, daha sonra onları siyahılarıma əlavə edirəm. 

  1. Digər şirkətlərin iş təsvirləri

Son siyahı ilk baxışdan qeyri-adi görünə bilər, amma onu tərtib edilməsi prosesi çox xoşdur: ya hazırkı işimə bənzər, ya da bir pillə yuxarı olan işin təsvirini yazıram. 

Bu çox faydalıdır, çünki Buffer – kiçik şirkətdir (90 işçisi var) və mən bu vəzifəni tutan ilk insanam. Əgər bir pillə yuxarı qalxmaq istəyirəmsə, digər şirkətlərdə analoji vəzifənin təsvirini öyrənməliyəm. 

Mən bu qeydlərə daim baxmıram və onları yazmaq məcburiyyətində deyiləm. Buna baxmayaraq, onlara sahib olduğum üçün çox sevinirəm. 

Son xəbərlər
Oxşar xəbərlər