10 C
Baku
Friday, December 13, 2024

Kassa önündə gözləməyə son…Alış-verişdə innovasiya…

Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev

Təqribən 4-5 ay əvvəl məqalələrimdən birində alış-verişdə innovativ metodlardan olan rəqəmsal marketinqdən bəhs etmişdim. Məqalənin sonlarında isə artıq müəyyən sferalarda istifadə olunan QR kod sistemi ilə alış-veriş haqqında qısaca məlumat vermişdim. Bu yazımda maraqlı bir videonu- QR dəstəkli kredit kartları sistemi və bunların alış-verişdə tətbiqindən bəhs edən videonu sizlərlə paylaşmaq istədim.

Alış-veriş müstəqilliyinə 3 addım başlıqlı bu video həqiqətən gələcəkdə insanların kassa önündə gözlədikləri vaxta qənaət etmələrini, habelə marketlərin kassa işçilərindən azad olmasına(işsizliyə meydan açsa da ) gətirib çıxara bilər.

{youtube}qopZo_ZMkwU{/youtube}

Gələcəyin AĞILLI MAĞAZA-larının istifadə edəcəyi bu sistemin tətbiqi üçün istehsalçı, bank, pərakəndəçi və bu əməliyyatlarda digər iştirak edənlər hamısı bu sistemin tətbiqinin asanlaşması üçün tələb olunan qaydada məhsul paketləməsi, kredit kartlarında və məhsullarda QR kodların olması şərtdir. Bu isə əvvəlki məqalədə də qeyd etdiyim kimi böyük fəaliyyətlər, ilk növbədə isə istək istəyir. Əvvəlcə kart üzərindəki QR telefonun yaddaşına verilir, daha sonra məhsulun üzərindəki barkod oxudulur və ən sonra müştərilər QR kodla kiosklardan ödəmə çeklərini alırlar. Bu sistemin tətbiqi insan xətasını sıfıra yaxınlaşdırmaqda, lakin işsiz kassirlər yaratmaqdadır. Seçim marketlərin olacaqdır.

Son xəbərlər
Digər xəbərlər