11 C
Baku
Monday, November 25, 2024

Kazımov: “Azərbaycanın strateji valyuta ehtiyatları $67.5 mlrd.-a çatıb”

Dünya neft qiymətlərinin yüksək olmasını və qeyri-neft ixracının artmasını nəzərə alsaq, Azərbaycanın cari əməliyyatlar balansı profisitlidir.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. O bildirib ki, bu da öz növbəsində ölkənin strateji valyuta ehtiyatlarına təsir edib.

“Ölkənin strateji valyuta ehtiyatları bu ilin avqust ayında 14.5% artaraq 67.5 milyard ABŞ dollarına çatıb”- AMB sədri əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər