17 C
Baku
Wednesday, October 22, 2025

Baş bankir Kazımov: Qızılın qiyməti bahalaşmağa davam edəcək

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib ki, onlar da qızılın qiymətini “qeyri-müəyyənliklər” səbəbindən bahalaşmaqa davam edəcək.

Banker.az xəbər verir ki, onun sözlərinə görə bazarda son 2%-3% azalma kimi volotilliyin ola biləcəyini, bununla belə növbəti ilə də proqnozun artımla davam edəcəyini qeyd edib.

“Biz bunu Dövlət Neft Fondu ilə müzakirə etməmişik. Qızılın qiymətində artım tempinin eyni sürətlə ola bilməyə bilər, amma artım olacaq”.

O bunu, jurnalistin hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının 81.5 mlrd. ABŞ dollarına yüksəlməsi fonunda qızılın qiymətinin əks istiqamətdə dəyişəcəyi şəraitində ümumi aktivlərə necə təsiri ola biləcəyini cavablandırarkən deyib. Belə ki, strateji valyuta ehtiyatlarının əsas hissəsini Dövlət Neft Fondu formalaşdırır və onun da portfelində qızılın böyük payı var.

Xatırladaq ki, dünya birjalarında qızlın spot qiyməti son bir ildə 51% bahalaşaraq 4 100 dollar/unsiyaya yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər