8 C
Baku
Monday, November 18, 2024

Kazımovun komandası bu həftə toplaşır – Mərkəzi Bank qərar verir

Azərbaycan Mərkəzi Bankının rəhbərliyi 2024-cü ildə ilk dəfə faizlərə yenidən baxmaq məqsədi ilə iclas keçirəcək.

Banker.az xəbər verir ki, requlyator faiz dərəcəsinin parametrlərinə dair hansı istiqamətdə dəyişiklik ediləcəyi ilə bağlı qərarını 31 yanvarda verməlidir.

2023-cü ildə səkkiz iclasdan 3-də faizlər hər birində 25 baza bəndi artırılıb, beşində gözləmə mövqeyinə çəkilib, son ikisində isə hər birində 50 baza bəndi azaldılıb. Faiz dərəcəsinin aşağı həddi 6.50%-ə, yuxarı həddi 9.00%-ə, uçot faiz dərəcəsi isə 8.00%-ə endirilib.

AMB uçot faiz dərəcəsinin artırılması ilə bağlı qərara 2021-ci ilin sentyabrında gəlib. Həmin dövrə qədər AMB faizləri 6.50%-dən başladaraq, 2023-cü ilin mayına qədər 9.00%-ə qaldırmışdı. Mərkəzi Bankın faizləri artırması ölkədə həm daxildən, həm də daha çox idxaldan qaynaqlanan qiymət artımları ilə bağlı idi. İnflyasiya Azərbaycanda 2023-cü ilin dekabrında 8.8%-ə düşüb. Bu, 2023-cü ilin fevralında qeydə alınan 13.9%-dən 5.1 faiz bəndi aşağıdır.

photo 2023 12 20 11 03 36

Ölkədə inflyasiyanın azalmasında mühüm amil idxal olunan məhsul qiymətlərindəki azalmadır. Mərkəzi Bank özü də inflyasiya ilə bağlı açıqlamalarında bu məsələni təkrar-təkrar press-relizlərində açıqlayır.

İnflyasiya 8.8%-ə qədər azalsa da, bu, Mərkəzi Bankın hədəfindən 2.2 faiz bəndi yuxarıdır. Requlyatorun pul siyasəti ilə bağlı bəyanatına əsasən, ölkədə inflyasiya 2%-6% diapazonunda məqbul hesab edilir.

Uçot faiz dərəcəsi bazara təsir edibmi?

2022-ci ilin aprelindən AMB-nin sədri seçilən Taleh Kazımov bu monetar alətin işə düşməsi üçün daha həvəsli görünürdü. O, sədr olduğu ilk iki iclasda dəfələrlə bunda qismən uğura nail olduqlarını vurğulasa da, son iclaslarda qeyd edilən məsələyə toxunmur. Lakin görünən odur ki, bu istiqamətdə tənzimləyici işləyir. Digər tərəfdən sədrin özünün dediyi kimi, manatın dəyərini ifadə edən 1.7 USD/AZN deyil, faiz dərəcəsidir.

Kazımovun komandası faizlərin işə düşməsi yolunda həm açıq, həm də qapalı bazar əməliyyatlarında aktiv olub. Məsələn, ötən gün bu məsələyə Banker.az toxunub. Belə ki, Mərkəzi Bankın hazırda məcburi ehtiyat normaları üzrə (MEN və ya ing. – RRR) əmsalları yüksəltməsi nəticəsində banklar müştərilərdən cəlb etdikləri 5 milyard üzərində vəsaiti kredit və ya hansısa investisiyaya yönəldə bilmir. (ətraflı)

AMB-nin bu siyasətində əsas məqsədi pulun sterilizasiyadır. Beçmarkın (faiz dərəcəsi) aşağı-yuxarı hərəkəti Azərbaycanın maliyyə bazarında ciddi effekt vermir. Bazarda istər kredit, istərsə də depozit faizləri bəzi hallarda əks istiqamətdə hərəkət edirlər. Nəticə etibarı ilə uçot faiz dərəcəsinin işə düşməsi və antiinflyasiya tədbiri istiqamətində daha effektiv alət kimi MEN hələ ki AMB-yə lazımdır.

AMB notlar üzrə də vəsait cəlbini davam etdirir. 2023-cü ilin iyulunda bir ilə yaxın müddəti əhatə edən 252 günlük notlar üzrə gəlirlilik 8.9%-dən 7.5%-ə düşüb. 1 yanvar 2024-cü il tarixinə notlar üzrə sterilizasiya edilən pulun kütləsi 1.32 mlrd. manat təşkil edir. Bu ötən ilki rəqəmdən bir qədər aşağıdır.

Ölkədə valyuta bazarı sabitdir. Mərkəzi Bankın faiz dərəcəsinə dair son açıqlamasında qeyd edilir ki, mövcud meyillərin davam etməsi halında 2024-cü ildə də tənzimləyicinin valyuta bazarına intervensiyası alışyönlü olacaq. Bu, onun ehtimalıdır. AMB 2023-cü ildə xarici valyuta ehtiyatlarını təqribən 9 milyard dollardan 11.61 milyard dollara qaldırıb. Bu 2.62 mlrd. dollar və ya 29% artımdır.

AMB-nin diqqətində olan məsələlərdən biri ölkədəki ümumi daxili məhsul istehsalının illik dinamikasıdır. ÜDM-in həcmi tarixi maksimum olan (manatla ifadədə) 123 milyard manata yüksəlsə də, illik dinamika 1%-in üzərinə yenicə çıxıb. İqtisadi nəzəriyyədə Mərkəzi Banklar adətən iqtisadi aktivliyi yüksəltmək üçün faizlə bağlı yumşalmağa gedirlər.

Son xəbərlər
Digər xəbərlər