3 C
Baku
Saturday, December 14, 2024

Keçmiş iqtisadiyyat nazir 8 il azadlıqdan məhrum edildi

Banker.az rus mətbuatına istinadən xəbər verir ki, məhkəmə Rusiyanın keçmiş İqtisadi inkişaf naziri Aleksey Ulyukayevi 2 milyon dollar rüşvət almasına görə 8 il ciddi rejimli həbs düşərgəsi və 130 milyon rub cərimə ilə cəzalandırıb.

Ulyukayev məhkəmə zalında nəzarətə götürülüb və əlləri qandallanaraq aparılıb.

Keçmiş iqtisadi inkişaf naziri əvvəl olduğu kimi hələ də öz günahını boynuna almır və verilən rüşvəti təxribat adlandırır. Məhkəmə prosesi 4 ay  – 2017-ci ilin 16 avqust tarixindən bəri davam edib.

Qeyd edək ki, Ulyukayev 2016-cı ilin 15 noyabrında “Rosneft” şirkətinin Moskva ofisindən çıxarkən saxlanılıb. Bu zaman onun xidməti avtomobilinin yük yerindən 22 kq ağırlığında içərisində 2 milyon dollar olan çanta aşkar edilib. Ulyukayevin sözlərinə görə, o çantada “Rosneft” rəhbərindən hədiyyə olan şərab olduğunu düşünüb.

İstintaq isə  “Başneft” şirkətinin səhmlərinin 50%-nin alınmasında yardımçı olması üçün keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə “Rosneft” şirkətinin nümayəndələri tərəfindən 2 milyon dollar həcmində rüşvət verildiyini iddia edib.

Son xəbərlər
Digər xəbərlər