13 C
Baku
Sunday, November 27, 2022

Keçmiş nazir müavini bugün Ali Məhkəməyə çıxarılacaq

Mədəniyyət nazirinin həbsdə olan sabiq müavini Rafiq Bayramov bu gün Ali Məhkəməyə çıxarılacaq.

R.Bayramov məhkəmədən ona bəraət verilməsini istəyir. Prosesə Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Nazim Mövsümov sədrlik edəcək.

Qeyd edək ki, R.Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib. Hazırda R.Bayramovun həbs müddətinin başa çatmasına 2 il qalır.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər
X