26 C
Baku
Thursday, May 30, 2024

“Keşlə”də audit aparılıb, “Şamaxı”nın loqosu müəyyənləşib

“Keşlə” klubunda audit keçirilib.

Bu barədə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu, klubun adının dəyişdirilərək “Şamaxı” adlandırılması üçün lazım olub. Həmçinin, Məmmədov “Şamaxı”nın loqosunun hazırlanaraq Avropa futbol qurumuna göndərildiyini söyləyib. AFFA rəsmisi yeni klubun loqosunun sələfinin loqosuna bənzədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, 2021-ci il noyabrın 10-da “Keşlə”nin adının dəyişdirilərək “Şamaxı” adlandırılması qərara alınıb. Komandanın yeni adla martdan çıxış etməyə başlayacağı gözlənilir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər