9 C
Baku
Thursday, December 12, 2024

Keyfiyyət infrastrukturu sahəsində Türkiyə ilə müqavilə imzalanıb

Azərbaycanda uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və Türkiyə Akkreditasiya Agentliyi (TÜRKAK) arasında konsaltinq və təlim üzrə müqavilə imzalanıb.

Əldə olunan razılığa əsasən, akkreditasiya qurumlarına tələbləri müəyyən edən ISO/IEC 17011:2017 beynəlxalq standartının TÜRKAK tərəfindən Azərbaycan Akkreditasiya Mərkəzində tam tətbiq olunması və qurumun texniki potensialının gücləndirilməsi üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulub.

AzAK-ın fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunması qurumun beynəlxalq akkreditasiya təşkilatlarına həqiqi üzv qismində qəbul edilməsinə və akkreditasiya olunan uyğunluğu qiymətləndirən qurumların qiymətləndirmə nəticələrinin beynəlxalq səviyyədə tanınmasına imkan yaradacaq. Bununla da, AzAK  tərəfindən akkreditasiya olunacaq uyğunluğu qiymətləndirən qurumlar tərəfindən göstərilən xidmətlərin beynəlxalq səviyyəyə çatdırılması və uyğunluğun qiymətləndirilməsi nəticələrinin dəqiqiliyinin artırılması təmin olunacaq.

Son xəbərlər
Digər xəbərlər