16 C
Baku
Thursday, April 25, 2024

“KİA Azərbaycan” satış mərkəzlərini bağladı

Avtomobillərin bahalaşması və kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində avtomobillərin təkrar bazarda satışı 55%, yeni avtomobillərin satışı isə 80%-ə yaxın azalıb.

Bunu “KİA Motors Azərbaycan” şirkətinin icraçı direktoru Zəka Əlibəyov bildirib. Şirkət rəsmisi fins.az-a deyib ki, satışların azalması səbəbindən “KİA Motors” bəzi satış mərkəzlərini bağlamalı olub.

“Bu proses davam edəcək. İlin sonuna kimi 2-3 satış mərkəzi bağlanacaq.

Satışlar azaldığı üçün Badamdar, AMAY Ticarət Mərkəzinin yaxınlığında və Masallıdakı rəsmi dillerlərimiz bağlanıb. Bu normal haldır ki, satışlar azalanda xərcləri ödəyə bilmədiyi üçün dillerlər bağlanır”, – deyə Z.Əlibəyov vurğulayıb.

Axar.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər