21 C
Baku
Monday, May 20, 2024

Kibercinayətkarlıq dünya iqtisadiyyatına 2 trilyon dollar ziyan vura bilər

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində törədilən cinayətlər 2019-cu ildə dünya iqtisadiyyatına 2 trilyon dollar ziyan vura bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İlya Roqaçev kibercinayətkarlıqla mübarizəyə həsr edilən “G-77” seminarı çərçivəsində çıxışında bildirib.

Banker.az “ICTnews”ə istinadən xəbər verir ki, nazirlik təmsilçisi çıxışını davam etdirərək qeyd edib: “Xatırlatmaq istəyirəm ki, 2016-cı ildə dünya iqtisadiyyatına İKT vasitəsilə dəymiş ziyanın məbləği 445 milyard dollar təşkil edib. Bu təhlükə ilə mübarizə üçün qətiyyətli tədbirlər görülməsə, mənfi ssenariyə görə, 2019-cu ildə bu göstərici 2 trilyon dollaradək, 2020-ci ildə isə 3 trilyon dollaradək arta bilər”.

“Searchengines” resursu ayazır ki, İlya Roqaçevin sözlərinə görə, kibercinayətkarlıq nəticəsində dəyən ziyan internetin ümumi gəlirini üstələyəcək ki, bu da istifadəçilər tərəfindən hazırkı şəkildə fəaliyyət göstərməyəcək qlobal şəbəkədən tam imtinaya gətirib çıxara bilər.

İ.Roqaçev, həmçinin vurğulayıb ki, İKT-dən cinayətkar məqsədlər üçün istifadə dedikdə tamah və qazanc məqsədilə edilən cinayətlər, eləcə də kiberxuliqanlıq və haker hücumları nəzərdə tutulur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər