7 C
Baku
Thursday, December 12, 2024

Kiçik mütəxəssis (Aktuariat şöbəsi) – PAŞA Həyat

Struktur bölmə: Aktuariat şöbəsi

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Son müraciət tarixi: 24 noyabr 2017-ci il

İş saatları (iş rejimi): 09:00-18:00

Vəzifənin öhdəlikləri:

1. Sığorta məhsulları üzrə təqdim olunan sığorta risklərini təhlil etmək;
2. Müxtəlif məhsullar və müştəri portfelləri üzrə zərərliliyi və mənfəətliliyi hesablamaq;
3. Şirkətin sığorta ehtiyatlarının yaradılması üzrə fəaliyyəti icra etmək;
4. Daxili və xarici istifadəçilərə təqdim etmək üçün aktuariat fəaliyyətinə aid məlumat xarakterli hesabatları hazırlamaq.

Namizədə olan tələblər:

İş təcrübəsi: Tələb olunmur.

Təhsili/ixtisası: Tətbiqi riyaziyyat, iqtisadiyyat, statistika sahələri üzrə bakalavr dərəcəsi ( magistr təhsili arzu olunandır).

Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dillərini bilməsi üstünlükdür.

Kompüter bilikləri: MS Office.

Üstünlüklər: Analitik düşünmə  və yüksək riyazi analiz qabiliyyəti,Aktuari akkreditasiyası.

Fərdi keyfiyyət tələbləri: Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, proqnoz vermə bacarığı, riyazi bacarıqlar, hesabatlıların və xüsusi hesabat cədvəllərinin tərtib və təhlil edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası: CV-lər “Aktuar” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.

Son xəbərlər
Digər xəbərlər